Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:14

Bakıda pulsuz Meksika filmləri göstərilir


-

Bakıda Meksika Kinosu Günlərinin açılışı ilə bağlı dekabrın 8-də saat 12:00-da Nizami Kino Mərkəzində “Makario” filmi göstəriləcək.

Dekabrın 9-da saat 12:00-da “Ümid var”, dekabrın 10-da saat 12:00-da “Varislər”, dekabrın 11-də saat 12:00-da isə “Mirvari” bədii filmləri göstəriləcək.

Filmlərin nümayişi dekabrın 11-ə qədər davam edəcək. Giriş sərbəstdir.

Bakıda Meksika Kinosu Günləri Azərbaycan və Meksika arasında mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını qədim və zəngin keçmişə malik Meksika kinosunun yeni nümunələri ilə tanış etmək məqsədilə keçirilir.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG