Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:48

-

ABŞ rəsmiləri Suriyanın şərqində hərbçilərin ölümünə ABŞ-ın hava zərbələrinin deyil, Rusiya bombalarının səbəb olduğunu bildirir.

Suriya dekabrın 7-də Deyr əl Zur vilayətində hərbi düşərgəyə endirilən zərbəyə görə ABŞ koalisiyasını ittiham edib. Həmin zərbələrdən 3 əsgər həlak olub, 13 nəfər yaralanıb.

Suriya İnsan Haqları Təşkilatı da həmin hücumları koalisiyaya bağlayıb. Ancaq ABŞ rəsmiləri Rusiyanın cavabdeh olduğunu bildirib.

“Dekabrın 6-da Rusiya Deyr əl Zuru bombalayıb”, bir rəsmi deyib. “Biz Assad rejimi ilə müharibə aparmırıq və Suriya ordusunu hədəfə almağa heç bir səbəbimiz yoxdur”.

ABŞ koalisiyası İslam Dövləti silahlı qruplaşması ilə mübarizə məqsədilə yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG