Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:08

Bu ilin 11 ayı ərzində Almaniyadan 965 min nəfər sığınacaq istəyib.

Daxili İşlər Nazirliyinin dekabrın 7-də verdiyi məlumata görə, onların yarısı suriya qaçqınlarıdır.

Bundan sonra 13 faizlə Əfqanıstan, 10 faizlə isə İraq qaçqınları gəlir.

Qışın gəlişinə baxmayaraq Avropaya qaçqın axını səngimyib.

Təkcə ötən ay Almaniyaya rekord həddə - 206 mindən çox qaçqın gəlib.

Almaniyanın kansleri Angela Merkel avqustda bildirmişdi ki, ümumilikdə bu il ölkəyə 800 min qaçqın gələcəyi gözlənilir.

Yaxın Şərq və Şimali Afrika ölkələrindən olan qaçqınların əksəriyyəti Balkan ölkələri vasitəsi ilə daha varlı Qərbi Avropa ölkələrinə keçməyə can atırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG