Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:09

Bazar günü Venesuelada keçirilən parlament seçkilərində müxalifət qalib gəlib.

İlkin məlumata görə, müxalifətin birləşdiyi alyans 167 yerlik parlamentdə 99 mandat qazanıb.

Ümumilikdə isə alyansın parlamentdə 112 yer qazanacağı gözlənilir.

Bu mərhum prezident Hugo Chávezin ölümündən sonra hakim sosialist partiyasının ilk məğlubiyyətidir.

Sosialistlər 46 mandat qazanıblar.

Prezident Nikolas Maduro məğlubiyyətlərini artıq etiraf edib.

Ölkədə ən adi ərzaq məhsulları-süd, yağ, düyü, qənd, kofe və qarğıdalı unu çatışmır.

Dünya bazarında neftin qiymətinin düşməsi əsas neft istehsalçılarından olan Venesuela iqtisadiyyatına ciddi ziyan vurub.

Hazırda qitədə ən böyük infilyasiya bu ölkədədir.

Prezident Muduro vəziyyətə görə “iqtisadi müharibə” elan edən müxalifəti günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG