Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:43

Məhkəmə ayın 14-ə qaldı


Pənah Hüseyn
Pənah Hüseyn

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin qohumlarının məhkəməsi yekunlaşır. Bu iş üzrə Sabirabad Rayon Məhkəməsində keçirilən prosesdə artıq məhkəmə istintaqı başa çatıb, dövlət ittihamçısı yeddi nəfər təqsirləndirilənə 2 il 6 aydan 5 ilə qədər həbs cəzası istəyib.

Dekabrın 7-də keçirilən məhkəmə iclasında vəkillər çıxış ediblər. Müdafiəçilər hakim Firdovsi Əliyevin nəzərinə çatdırıblar ki, dalaşmış tərəflər arasında bugünlərdə barışıq əldə olunub.

Vəkillər çıxışlarında məhkəmə prosesi boyunca vəsatətlərinin təmin olunmamasından, bu iş üzrə istintaqın obyektiv aparılmamasından narazılıqlarını bildiriblər. Həmçinin qeyd olunub ki, xuliqanlıq ittihamı məhkəmədə sübuta yetirilməyib. Ona görə də vəkillər hüquqlarını müdafiə etdikləri şəxslər barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

Prosessual ardıcıllığa görə, vəkillərdən sonra təqsirləndirilən şəxslər məhkəmədə son sözünü deyir. Lakin onlar son söz demək üçün hazır olmadıqlarını bildirərək, vaxt istəyiblər. Məhkəmə dekabrın 14-nə qədər təxirə salınıb.

Xatırladaq ki, 2014-cü ilin avqustunda Sabirabadın Qaraqaşlı kəndində yerli sakinlər arasındakı dava düşüb. Bir tərəfdən yeddi, digər tərəfdən isə bir nəfər məsuliyyətə cəlb olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.

XS
SM
MD
LG