Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:44

Dekabrın 7-də Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunusun məhkəməsi keçirilib.

Prosesdə vəkillər çıxış edib. Onlar apellyasiya şikayətinin təmin olunmasını, L.Yunusa və bir müddət əvvəl yaşadığı yeri tərk etməmək şərtilə evə buraxılan əri Arif Yunusa bəraət verilməsini tələb edib. Arif və Leyla Yunuslar çıxış etməyiblər. Növbəti proses dekabrın 10-da olacaq.

Leyla və Arif Yunuslar keçən ilin iyulunda həbs olunublar. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb. Bu ilin avqustunda Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bir sıra beynəlxalq qurumlar onların həbsini siyasi motivli sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG