Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:00

C.Hacıyev Britaniya vətəndaşı imiş


Cahangir Hacıyev
Cahangir Hacıyev

Səhhətində problem yaranması adı ilə bu ilin mart ayının 18-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən istefa verən Cahangir Hacıyev 20 gün sonra Londonda (Asia House, Nyu Keyvendiş, 63) Britaniya Azərbaycan Biznes Şurasını təsis edib.

Birləşmiş Krallığın dövlət reyestrinin məlumatına görə, keçmiş bankir bu ictimai təşkilat vasitəsilə iki ölkə arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi üçün çalışacaqmış.

Məlumatdan o da aydın olur ki, cənab C.Hacıyev Britaniya vətəndaşıdır.

Qeyd edək ki, 2011-ci ildən Londonda həm də Aytən Şirinovanın rəhbərlik etdiyi Britaniya-Azərbaycan Ticarət və Sənaye Palatası fəaliyyət göstərir.

Cahangir Hacıyev dəfələrlə Londonda keçirilən işgüzar forumların əsas təşkilatçı fiquru kimi çıxış edib. Bankir kraliça Viktoriyanın xatirəsinə həsr olumuş medalla təltif olunub. Cahangir Hacıyev indiyədək “Bakı Fond Birjası” QSC-nin 7 nəfərdən ibarət Müşahidə Şurasının sədri vəzifəsini daşıyır.

Dekabrın 5-də məhkəmənin qərarı ilə C. Hacıyev Beynəlxalq Bankın 120 milyon manat vəsaitini mənimsəməkdə ittiham edilərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG