Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:23

Amerikalı müstəntiqlər FİFA prezidenti Seep Blatterin prezident olmazdan əvvəl təşkilatın rəhbər üzvlərinə 100 milyon dollar məbləğində rüşvət verilməsindən xəbərdar olduğunu deyirlər.

Bu barədə BBC məlumat yayıb.

Məlumata görə, “İSL” idman marketinq şirkəti keçmiş FİFA prezidentiJao Avelanjın (Joao Havelange) dövründə 1990-cı illərdə televiziya və marketinq hüquqlarına görə, təşkilatın rəhbər nümayəndələrinə 100 milyon dollar məbləğində rüşvət verib.

BBC-i Federal Təhqiqat Bürosunun hesabatına istinadla Blatterin bundan tam xəbərdar olduğunu bildirir.

Qeyd edək ki, Blatter bundan əvvəl baş verənlərdən xəbərsiz olduğunu deyirdi.

Blatter 1998-ci ildə prezident olmazdan əvvəl Avelanjın birinci müavini olub.

Blatter hesabata münasibət bildirməkdən imtina edib.

Qeyd edək ki, Blatter təşkilat ətrafındakı korrupsiya qalmaqlına görə istefa versə də fevralda keçiriləcək yeni seçkiyədək vəzifəsini icra eləməliydi.

Amma buna görə səlahiyyətləri 90 günlük dondurulub.

XS
SM
MD
LG