Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:26

-

Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) açıqladığı rəqəmlərə görə, oktyabrda banklardan kredit götürənlərin sayı 13 min 919 nəfər artaraq 2 milyon 519 min 494 nəfərə çatıb.

Borc götürənlərin böyük əksəriyyəti – 2 milyon 484 min 595 nəfəri fiziki şəxslərdir.

MKR-in digər açıqlamasına görə, bütövlükdə ölkə üzrə 10.5 milyondan çox kredit məlumatı olub. Bu o deməkdir ki, ortastatistik bir borclunun 4-5 banka borcu var. Ekspertlər bunu belə izah edirlər ki, bir banka borcunu ödəyə bilməyənlər digər banklardan kredit götürməklə vəziyyətdən çıxmağa çalışırlar. Bu da bir çox bank və bank olmayan kredit təşkilatlarında borcalanlarla işin düzgün qurulmadığını göstərir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG