Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:21

-

Fransada dekabrın 6-da keçirilən regional seçkilərin birinci raundunda ifrat-sağçı Milli Cəbhə Partiyası önə çıxır. Düz 3 həftə öncə islamçı ekstremistlərin Parisdə törətdiyi hücumlarda 130 nəfər həlak olub.

Dekabrın 7-də açıqlanmış ilkin nəticələrə görə, Milli Cəbhə səslərin 28 faizini toplamaqla birinci yerı çıxıb, 13 regionun azı 6-da qalib gəlib.

Sağ qanad partiyaları 27 faiz, hakim Sosialist Partiyası və müttəfiqləri isə 23.5 faiz toplayıb.

10 faiz səs toplamış istənilən partiya dekabrın 13-də olacaq ikinci raunda namizədlər verir.

Sosialist Partiyası Fransanın şimalında və cənub-şərqində ikinci raunda getməyəcəyini açıqlayıb. Məqsəd Milli Cəbhə namizədlərinin qələbəsini önləməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG