Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:57

-

135-dən artıq iranlı rejissor məktub yazaraq oktyabrda məhkum olunmuş həmkarlarına bəraət verməyə çağırır. 30 yaşlı, iranlı kürd olan Kayvan Karimi 6 illik həbsə və 223 qamçıya məhkum edilib. Tehran inqilab məhkəməsi onun bir filmdə “müqəddəsləri təhqir etdiyini” bildirib. “Şəhərdəki Yazı” filmi Tehranda binalar üzərindəki siyasi şüarlar barədə sənədli filmdir.

Karimi hələlik azadlıqdadır, dekabrın 23-də apellyasiya məhkəməsidir.

Məktubu imzalamış 137 rejissor məhkəmənin qərarından sarsıldıqlarını bildirir, apellyasiya məhkəməsində ədaləti bərpa etməyə çağırır.

İran inqilab məhkəmələri ictimaiyyətə açıq deyil, hakim təkbaşına, çox vaxt bir neçə dəqiqə ərzində qərar çıxarır.

Günün bütün mövzuları

XS
SM
MD
LG