Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:06

-

Dekabrın 6-da Frankfurtdan Belqrada uçan Lufthansa təyyarəsində bir nəfər saxlanıb. O, uçuş zamanı təyyarənin qapısını açmaqla hədələyirmiş.

Lufthansa-nın sözçüsü Andreas Bartels deyib ki, “sərnişin ayağa qalxıb və qapıya nəsə etməyə çalışıb, ancaq heyət üzvləri ona mane olublar. Uçuş boyu onu yerində saxlayıblar, Belqradda isə polisə təhvil verilib”.

Belqradın Blic qəzeti hımin şəxsin Amerika pasportlu iordaniyalı olduğunu yazır.

Polis onu dindirib. Serbiya prokurorluğu həmin şəxsin 48 sutka ərzində saxlanması barədə qərar çıxarıb. Səbəb onun ictimai təhlükə yaratmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG