Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:16

-

ABŞ-ın vitse-prezidenti Joe Biden dekabrın 6-da gecə Kiyevə gəlib. İki günlük səfərin məqsədi Ukraynanı islahatlara həvəsləndirmək və Kiyevi əmin etməkdir ki, Suriya böhranı Vaşinqtonun bu ölkə sarıdan narahatlığını arxa plana keçirmir.

Biden bu gün Ukrayna prezidenti Petro Poroshenko, baş nazir Arseniy Yatsenyuk-la görüşəcək. Dekabrın 8-də isə parlamentdə çıxış edəcək.

Sentyabrın əvvəlindən Ukraynanın şərqində rusiyapərəst separatçılarla döyüşlər səngiyib. Ancaq separatçı bölgələrin siyasi statusu sonadək həll olunmadığından gərginlik qalır.

Bu arada Qərbin diqqəti Suriya və İraqda islamçı ekstremizmlə mübarizəyə yönəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG