Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:41

Almaniya Səudiyyəni vəhabiləri maliyyələşdirməməyə çağırıb


Sigmar Gabriel

Sigmar Gabriel

Almaniyanın vise-kansleri Sigmar Gabriel Səudiyyə Ərəbistanını dini radikallara maliyyə dəstəyini dayandırmağa çağırıb.

Almaniyanın vise-kansleri Sigmar Gabriel Səudiyyə Ərəbistanını dini radikallara maliyyə dəstəyini dayandırmağa çağırıb.

Şərhçilər bildirirlər ki, Berlin “davakar məsçidlərin” neft nəhəngi Səudiyyə tərəfindən maliyyələşdirilməsindən narahatdır.

Bütün dünya boyunca vəhabi məsçidləri Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirlir. Almaniyada bir çox təhlükəli islamçılar bu icmadan çıxır

Reuters agentliyi yazır ki, bundan bir qədər əvvəl Almaniya kəşfiyyatının Səudiyyə Ərəbistanı haqqında hesabatında bu ölkənin xarici siyasətinin getdikcə daha çox “impulsiv” olmasından narahatlıq ifadə olunmuşdu.

O vaxt Almaniya hökuməti BND kəşfiyyat agentliyini “mühüm biznes partnyoru” barədə belə mülahizələr yürütdüyünə görə danlamışdı.

Lakin indi Ər-Riyad kansler Angela Merkel-in müavini tərəfindən tənqid olunub.

“Biz Səudiyyə Ərəbistanından regional münaqişələrin çözülməsini gözləyirik – deyib Gabriel “Bild am Sonntag” qəzetinə müsahibəsində, - Lakin göz yummaq vaxtı keçmişdə qalıb. Bütün dünya boyunca vəhabi məsçidləri Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirlir. Almaniyada bir çox təhlükəli islamçılar bu icmadan çıxır”.

Səudiyyə danır

Təhlilçilər bildirirlər ki, Səudiyyə Ərəbistanın rəsmi dini İslamın ifrat mühafizəkar Vəhabilik təriqətidir və başqa ölkələr bu təriqəti beynəlxalq cihadçılığın qaynağı kimi görürlər.

Səudiyyə Ərəbistanının Berlindəki səfirliyinin cavab bəyantında deyilir ki, “krallıq gənclər arasında radikallaşma ilə mübarizədə maraqlıdır”.

Hamburqda məsçid

Hamburqda məsçid

Bəyanatda həmçinin Səudiyyə Ərəbistanın qaçqın məsələsində Almaniyaya kömək kimi 200 məsçid tikməyə hazır olduğu barədə bəyanatın həqiqət olmadığı vurğulanıb”.

“Almaniya kimi, bizdə İslam Dövləti təşkialtına qarşı koalisiyanın üzvüyük və terrorla çiyin-çiyinə vuruşuruq”.

Almaniya mətbuatı yazır ki, Səudiyyə ölkə daxilində cihadçılıqla mübarizə aparır və onların maliyyə kanallarını kəsir. Lakin bəzi təhlilçilər ölkə daxilindəki cihadçıların hökumət üçün təhlükə təşkil etdiyindən təqib olunduğunu deyirlər.

Almaniyada sələfiləri

Almaniya ölkədə Sələfiliyə dəstəyin artmasından narahatdır. BND bildirir ki, Almaniyadakı sələfilərin sayı son iki ildə 5500-dən 7900-ə çatıb.

Biz müharibə toxumları səpmişik, terror və qaçqın problemini biçirik

Vise-kanslerin partiyadaşı, sosial-demokrat Thomas Oppermann da Səudiyyəni tənqid atəşinə tutub. O deyib ki, vəhabilik İslam Dövləti adlanan qruplaşma üçün ideologiya rolunu oynayır.

“Bizim burda bu təriqətə ehtiyacımız yoxdur və onu istəmirik” – deyib vəzifəli sosialist həftəlik “Welt am Sonntag” məcmuəsinə.

Almaniya Fransanın müraciətindən sonra özünün kəşfiyyat təyyarələrini, keşikçi gəmisini və 1200 əsgərini Suriyada İslam Dövləti adlanan təşkilatla döyüşə qatılmağa göndərib.

Almaniya Müsəlmanları Mərkəzi Şurası bəyan edib ki, hərbi əməliyyatlar qiyamın qarşısını ala bilməz.

“Biz müharibə toxumları səpmişik, terror və qaçqın problemini biçirik” – deyib şuranın sədri Aiman Mazyek “Neue Osnabruecker Zeitung” qəzetinə.

Günün bütün mövzuları

XS
SM
MD
LG