Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:29

137 iranlı kinorejissorhəmkarları Kayvan Kariminin əfv edilməsi ilə bağlı hökumətə müraciət ediblər.

Karimi bu oktyabrda 6 il həbs və 223 şallaq cəzasına məhkum edilib.

Məktub müəllifləri hökmün ləğv edilməsi və işin Apellyasiya məhkəməsində araşdırılmasını istəyirlər.

Əslən kürd olan 30 yaşlı Karimi “Şəhərdə yazılar” filmində dini dəyərləri təhqir eləməkdə təqsirli bilinib.

Qərarı İnqilab Məhkəməsi çıxarıb.

Kayvan Karimi İran vətəndaşıdır.

Amma rejissorun vəkili Amir Raisian deyir ki, filmdə dini dəyərləri təhqir edən heç nə yoxdur və prokuror məhz hansı parçanın İslam üçün təhqiramiz olduğunu göstərməyib.

Kayvan Karimi dekabrın 23-də keçiriləcək apelyasiya məhkəməsinədək azadlıqda olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG