Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:41

ABŞ prezidenti Barack Obamanın “İslam Dövləti” qrupu ilə mübarizə və ölkənin təhlükəsizliyi ilə bağlı televiziya ilə canlı çıxışı olacaq.

Obama Avropa vaxtı ilə gecə saat 2-də birbaşa Ağ evdən çıxış edəcək.

Qeyd edək ki,dekabrın 2-də Kaliforniyada 14 nəfərin ölümü ilə nəticələnən silahlı hücuma görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Həmin hücumu Sosial Müdafiə Mərkəzində 28 yaşlı Syed Farook və onun 29 yaşlı pakistanlı həyat yoldaşı Tashfeen Malik törədib.

Əməliyyat zamanı onların ikisi də öldürülüb.

Hücum zamanı həmçinin 20 nəfər xəsarət alıb.

Hazırda mümkün terror aktları ilə bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG