Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:08

Yəmənin Aden şəhərində törədilən partlayışa görə qubernatorun cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Partlayış nəticəsində yerli qubernator və 6 cangüdəni ölüb.

Qubernator dekabrın 6-da işə gedərkən yolda partlayış baş verib.

Eyd edək ki, hökumətpərəst qüvvələr Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə ilin əvvəllərində üsyançı Huti birləşmələrini bu şəhərdən çıxarıblar.

Amma son vaxtlar yaraqlıların Adendə iştirakının artdığı müşahidə olunur.

“İslam Dövləti” qrupu və “Əl Qaidə”nin yerli qanadı Yəməndəki xaosdan istifadə edərək yeni ərazilər ələ keçirmək istəyirlər.

Dekabrın 5-də motosikletdə olan maskalı yaraqlıların hücumu nəticəsində həmçinin hərbi kəşfiyyat zabiti Aqeel al-Khodr və hakim Mohsen Alwan öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG