Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:00

Nardarana işıq və qazsızdır


Nardaran
Nardaran

-

“Yerli telekanallarda Nardaran qəsəbəsinə qaz, işıq verilməsinin bərpa olunması ilə bağlı verilən xəbərlərin heç biri həqiqəti əks etdirmir”

Bunu AzadlıqRadiosuna Qəsəbə ağsaqqalı Hacı Natiq Kərimov deyib. O, bildirib ki, hazırda qəsəbədə qaz, işıq və su sayğaclarının yoxlanması, quraşdırılması prosesi davam etsə də, heç bir mənzildə işıq-qaz yoxdur:

“Bizə hələ də dəqiq bir söz deyilmir ki, işıq, qazımız nə vaxt olacaq. Telekanallar deyir ki, guya yollar da açılıb, mən bu cür xəbərləri təkzib edirəm, yollar hər tərəfdən hələ də betonlarla bağlıdır, marşrut işləmir. Hələ də qəsəbədə hər tərəfdə polis postları var, xüsusi təyinatlıların nəzarəti davam edir. Kəndə girib-çıxan hər kəs yoxlanılır”.

Hacı Natiq Kərimov hadisə zamanı öldüyü deyilən Abbas Hüseyn barədə də müxtəlif məlumatlar aldıqlarını deyir. Bildirdiyinə görə, onun sağ olduğu ehtimal edilir, amma əllərində dəqiq məlumat yoxdur.

Abbas Hüseynin cənazəsi dekabrın 4-də kənd qəbirsanlığında dəfn olunanlar arasında olmayıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı ölən yerli sakinlər dördü torpağa tapşırılıb. əsəbə ağsaqqalının dediyinə görə, ölənlərin ailə üzvləri dəfnə buraxılmayıb və hazırda onların məzarları polis tərəfindən nəzarət atındadır.

Noyabrın 26-da hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirib. Atışma nəticəsində 2 polis əməkdaşı da daxil olmaqla 7 nəfər ölüb. Dekabrın 1-də qəsəbəyə daxili qoşunlar və hərbi texnika yeridilib. 30-dan çox adam həbs edilib.

XS
SM
MD
LG