Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:21

Dünyanın necə gəlib, necə getdiyini deyən filmlərdən qaçıram


Michael Haneke

Michael Haneke

-

"İdeologiyalar – incəsənət baxımından, maraqsızdır. Əgər nə isə yalnız bir aydın konsepsiyaya sığdırıla bilirsə, sənət baxımından o şey ölüdür…"

"Həmin üç ildə ssenari yazmaq haqda mənə gərək olan hər şeyi öyrəndim. Hər şeydən yaxşı məni öyrədən bilirsinizmi nə oldu?
Pis ssenariləri oxumaq."

Michael Haneke (1942) - "Yeddinci qitə", "Əyləncəli oyunlar", "Gizli", "Ağ bant", "Məhəbbət" və başqa şöhrətli psixoloji filmlərin rejissoru "Paris Review" dərgisinə müsahibəsində film çəkməyin sirlərindən danışır.

Michael Haneke ilə müsahibə

(ixtisarla)

PR:

- İlk gənclik illərinizdə film rejissoru olmağı arzu edirdiniz, ya yoxsa başqa incəsənət sahələrilə maraqlanırdınız?

Haneke:

- Bütün yeniyetmələr kimi mən də şeir yazırdım. Amma əslində məktəbi atıb, aktyor olmaq arzusundaydım. Mən aktyor ailəsində doğulmuşam: anam aktrisa, atam aktyor və rejissor idi.

Bir dəfə hətta məktəbi atmağı və Vyanaya Max Reinhardt Seminarına getməyi özüm üçün qətiləşdirdim. Orada hamı anamı tanıyırdı, özümü çox istedadlı sayırdım, heç ağlıma gəlmirdi ki, birdən məni götürməzlər. Amma məni götürmədilər. Məktəb diplomumu almalıydım.

Hirslənmişdim. Sonra daha ciddi yazmağa başladım. Radioda işlədim, tənqidçi kimi jurnallara yazdım, ədəbiyyatı və filmi çox da yaxşı bilməsəm də, müxtəlif jurnallara resenziyalar yazırdım.

Elə o vaxtlar hekayə də yazmağa başladım. Oğlum doğulanda valideynlərim məni dolandırmaqdan imtina etdilər və özüm pul qazanmalı oldun. Nəşriyyat sahəsində iş axtardım, hekayələri tanınmış bir nəşriyyata göndərdim. Onlar məndən yenə hekayələr göndərməyimi istədilər.

Amma mən onlardan redaktor işi istəmişdim! Yer yox idi. O zaman qanım qaralmışdı, buna baxmayaraq, yazmağa davam edirdim.

PR:

- Ədəbi qəhrəmanlarınız kimlər idi?

Haneke:

- Çünki o zaman mənim ədəbi tanrım David Herbert Lawrence adlı bir yazıçı idi ki, bu da almandilli ölkələr üçün nadir haldır. Onu əsl dahi sayırdım və onun yazdığı hər şeyi başıma çəkirdim.

Oğlum doğulanda adını David qoydum. O zaman bir roman üzərində işə başladım. Elə bu yaxınlarda evimin çardağında o romanın əlyazmaısına rast gəldim. Bir neçə həftə əvvəl o romanı oxumasaydım, nə haqda olduğunu tamam unutmuşdum.

Romanı oxuduqca valideynlərim gəldi gözümün qarşısına ki, bu da mənim üçün çox vacibdir. Hə halda əlyazmanı oxumaq məni yaxşı mənada təəccübləndirdi. O qədər də pis deyil! Bu roman Lawrence’i çox oxumağın nəticəsidir. İnanılmaz dərəcədə həssas romandır. Oxuyanda inanmadım ki, bunu mən yazmışam.

PR:

- İlk filminizi 46 yaşında çəkmisiniz, bunlar ondan çox-çox əvvəlki hadisələrdir. Film çəkməyə necə gəlib çıxdınız?

Haneke:

- Cavan olanda həftədə üç dəfə kinoya gediridm. O zamanlar kinonu sakit oturub izləyərdim, bugünkündən fərqli olaraq. Kino haqda nə bilirəmsə, o illərdə diqqətlə baxmaqla əxz etmişəm.

Tələbələrimə deyirəm ki, onlar necə böyük imkanları olduğunu bilmirlər. Bu gün sadəcə DVD ala və hər səhnəyə, hər kadra bir-bir baxa bilərsən. Mən cavan olanda bu, mümkün deyildi.

Əgər sən bir şeyi çatdırıb görə bilmirdinsə, kəsim ardıcıllığı aydın olmurdusa, kinoya 10 dəfə gedib baxmalıydın. Günümüzdə hər şeyi rahat evində oturaraq analiz edə bilərsən. Hər halda mən gənc olanda əsl kino aludəçisi idim.

Nəşriyyat məndən imtina edəndən sonra Baden-baden şəhərində televiziyada da işləmişəm. Onlara dramaturq lazım idi, məni işə götürdülər…Almaniyanın ən gənc TV dramaturqu oldum və filmə də daha peşəkar maraq göstərməyə başladım.

"Sevgi" filmindən görüntü. Rejissor Michael Haneke

"Sevgi" filmindən görüntü. Rejissor Michael Haneke

Həmin üç ildə ssenari yazmaq haqda mənə gərək olan hər şeyi öyrəndim. Hər şeydən yaxşı məni öyrədən bilirsinizmi nə oldu?

Pis ssenariləri oxumaq. Həmin üç ilin ilk iki ilində hər gün məni bir yığın belə deyək, “tələb olmadan yazılmış əlyazmalar” gözləyirdi.

Ən pisləri ən çox öyrədənlər idi. Əvvəla, sən görürsən ki, bu ssenaridə nə isə yaxşı deyil, özünə sual verirsən, nədir o yaxşı olmayan. Bərbad ssenariləri oxumaq sənə əla tryuklar öyrədir. Yaxşıları səni heyran qoyur: elə təəssürat alırsan ki, orada nəyin yaxşı olduğunu kəsdirə bilmirsən.

Bu gün mənə ssenarilərimin çox peşəkar olduğunu deyirlərsə, buna görə yalnız həmin illərdəki işimə borcluyam. O iş mənə çox kömək etdi, baxmayaraq ki, o zaman o işdən heç zovq almırdım. Bütün gün zir-zibil yazıların içində eşələnməkdən yorulurdum.

Rejissorluq etməyi isə Baden-Baden həyatımda öyrəndim. İlk addımlarımı yerli teatrda atdım – orada işləyən bir aktrisa ilə görüşürdüm. Nəzərə alın ki, Baden-Baden durğun bir yerdir.Aktyorları ortabab, onları düzgün kökləmək məndən çox vaxt alırdı.

İnsanları idarə etmək, onlarla münasibət qurmaq təcrübə məsələsidir, bunu o durğun şəhərdə çətinliklə öyrəndim. Bilirəm ki, Amerikada yazmağı və rejissorluğu öyrədən hazır kurslar var. Bu mövzuda minlərcə kitab da həmçinin. Amma onların çox köməyi olmadığına inanıram. Yaza-yaza, çəkə-çəkə öyrənirsən. Ağıllı kitablar yazmağı və çəkməyi öyrətmir. Məni səhv başa düşməyin – ağıllı kitablar möhtəşəmdir, amma sənət təcrübə tələb edir.

PR:

Michael Haneke

Michael Haneke

- Yazmaq haqda çox danışdınız. Mənə belə gəlir ki, bu gün də siz bir filmmeyker kimi yazılı sözə yetərincə bağlısınız.

Haneke:

- Bəli, ümumiyyətlə, özümü yazıçı hesab edirəm. Fransız dilində öz filminin məzmununa görə məsuliyyət daşıyan filmmeykerlərə deyilən o gözəl söz: auteur. Heç vaxt başqalarının əsərlərinə film çəkməyə marağım olmayıb.

PR:

- Bəs Jelinek’in “Piano müəlliməsi” romanı, ona 2001-ci ildə film çəkmisiniz.

Haneke:

- Hələ də ssenarini özüm yazıram. Məndən ötrü bu, prinsip məsələsidir ki, heç vaxt başqalarının ssenarilərini çəkmirəm, bu, TV-də işlədiyim vaxtlara da aiddir. Bir neçə istisna olub, ssenaristlər mənə material veriblər, amma həmişə onu tamamilə başqa bir şeyə çevirmişəm. Təbii ki, o yazıçıların xoşuna gəlməyib bu, amma bir rejissor kimi üstünlük məndədir.

Başa düşürəm ki, əməkdaşlıq üçün doğulmamışam. Elə adamlar var ki, bir ssenari üstündə birgə işləməyi bacarırlar, məsələn, Coen qardaşları. Məndə alınmır.

PR:

- Hər halda maraqlıdır, ədəbi əsərlərin ekranlaşdırılması necə olur? Yaradıcılığınızda “Piano müəlliməsi” yeganə nümunə deyil. Kafkaın “Qəsr” romanının da TV filmini çəkmisiniz. Özü də romana sadiq!

Haneke:

Isabelle Huppert

Isabelle Huppert

- “Piano müəlliməsi” romanı filmə çəkdiim yeganə haldır. O işdə bir təsadüf vardı. O romanın ssenarisini özüm üçün yox, dostum üçün yazıdrım, o dostum həmin romanı film etmək üçün hüquqlarını almışdı.

Dostum on il o filmi çəkmək üçün büdcə axtardı, alınmadı. Axırda, özümü bu filmi çəkməyə dilə tutdum, əvvəlcədən bu fikirdə olmasam da, bunu etməyə razılaşdım, bir şərtlə ki, baş rolu Isabelle Huppert oynasın. O da razılaşdı.

Ədəbiyyatı TV və kinoya çəkmək arasında ciddi fərqlər var. Ümumənsə proses bənzərdir: əsəri oxumalı və analiz etməlisən, ayrı-ayrı süjet xətlərini öz kinomatoqrafik baxışına uyğulaşdırmaq üçün başa düşməlisən.Mənim çəkdiyim “Piano müəlliməsi” romandan struktur baxımından fərqlənir…

"Yeddinci qitə" filmində pulların unitaza atıldığı səhnə

"Yeddinci qitə" filmində pulların unitaza atıldığı səhnə

Ədəbiyyatı TV filmə çəkəndə isə əsərə sadiq qalmağa çalışmışam. “Qəsr”də elə bir cümlə yoxdur ki, TV-də səslənməsin.

Bu, həm də Almaniya dövlət televiziyasının “maarifləndirmək mandatı”na görədir.

TV rejissorun əsəri tamaşaçını romanı oxumağa təhrik etməlidir. Bu, kino əsərindən fərqli bir şeydir. Kinoda kitab filmmeykerin öz intellektual oyun meydanasına çevrilir, onu yazan yazıçı isə arxa plana çəkilir.

PR:

- Yeni ssenari yazmaq üçün əyləşəndə və ilk səhnəni yazanda son səhnənin nə olacağını bilirsinizmi?

Haneke:

- Bilirəm, ondan da çoxunu bilirəm! Yazmağa o zaman əyləşirəmm ki, bütün filmi beynimdə hazır etmişəm. Əvvəlcə fikirlərimi cəmləyirəm, hiss edəndə ki, kifayət qədər ideyam var, bütün o fikirləri kiçik Post-it qeydlərinə çevirirəm, hər xarakterin başqa rənglə rəngləyirəm.

Sonra o qeydləri böyük lövhəyə yazıram ki, hekayətin yayını (arc- ingiliscə) tapım. Qeydlərimin təxminən dörddə üçünü silib atıram. Hətta yaxşı ideyaları da atmağın mənası budur ki, hər şeyi bir hekayətə daxil edə bilməzsən.

Yalnız mənim hekayəm hazır olanda, yəni bütün əsas süjet xətlərini biləndə yazmağa otururam. Bu, həm də əyləncəlidir! Doğrudan da xoş prosesdir.

Doğru yoldasansa, vurursan özünü bu yola. Ondan əvvəl meşəni ağaclara görə görmürsən. Min dənə yolum olanda bu o deməkdir ki, əslində heç bir yolun yoxdur.

Film hər bir detalı dəqiqliklə planlaşdırmağı tələb edir, roman yazmaqla film çəkmək arasındakı fərq həm də budur.

Robert Musil

Robert Musil

Filmdə zamanla dəqiq olmalısan, vaxt – hər şeydir. Ədəbiyyatda belə deyil. Sevdiyim kitablardan biri - Musil’in "The Man Without Qualities" (Keyfiyyətsiz adam) kitabında zamanlama yoxdur. Romanı çox kiçik detallarına, haşiyələrinə görə oxuyursan, limitləri yoxdur.

Film isə bir saat yarımdan iki saata qədər çəkir, yalnız bu çərçivədə hekayəni danışmalısan. Hər bir dəqiqə yararlı olmalıdır. Məhz budur film incəsənəti – nəyinsə filmə yarayıb yaramayacağını görən gözün olmalıdır.

“Əzizlərini öldür” – mənim xoşladığım deyimlərdən biridir, tələbələrimə də bunu öyrətməyə çalışıram, hər zırt-pırtı ciddiyə alma. Özün buna baxsan, necə reaksiya verərdin, onu düşün.

Sən həmişə tamaşaçının şəxsi təcrübəsinə qarşısan. Hər bir tamaşaçı bilir ki, hamamda çimən və yaxud qapıdan çıxan adam necə görünür, necə olur. Onlara bu səhnənin alınıb-alınmadığını öz təcrübələri deyir.

Mənim kimi realist filmlər çəkirsənsə, sənin işin hekayəni inandırıcı və məntiqli göstərməkdir. Məsələ süjetlə başlanır – hekayən inandırıcıdır, ya yox.

Sonra gəlir aktyorlar – onlar hekayəni real görünəcək dərəcədə çatdırmağı bacaracaqmı?

Əgər yox, onda tamaşaçı bu filmi almayacaq, nə qədər yaxşı yazırsansa yaz. Budur mənim işimin çətinliyi – gör neçə qatda reallığın öhdəsindən gəlməlisən.

Sən həmişə tamaşaçının şəxsi təcrübəsinə qarşısan. Hər bir tamaşaçı bilir ki, hamamda çimən və yaxud qapıdan çıxan adam necə görünür, necə olur. Onlara bu səhnənin alınıb-alınmadığını öz təcrübələri deyir.

Hər şeyin qayğısına qalmalısan: təkcə süjetin yox, hər bir xırda detalın.

PR:

- Əgər yazmaq sizin üçün bu prosesin sonudursa, bəs başlanğıcı nədir? İdeyalar necə doğulur?

Haneke:

- Bunu demək çətindir. Hər bir filmimə görə ilham başqa cür gəlir, bir-birindən fərqli. İdeyalarım üçün ümumi mənbə yoxdur.

"Ağ bant" filmimin ideyası filmin özündən 25 il əvvəl doğulub. Şimali Alman düzənlərində yaşayan sarışın uşaqlar haqda bir film çəkmək istəyirdim. Bu qədər. Xəyali təsəvvürüm vardı.

PR:

- Sizin əsas qayğınız, səhv etmirəmsə, xarakterlərinizin psixologiyasıdır?

Haneke:

Michael Haneke

Michael Haneke

- Elədir. Heç vaxt siyasi film çəkməzdim. Əgər filmlərim refleksiya doğurursa, buunu siyasi effekti əlbəttə, ola bilər.

Amma siyasi gündəmdən danışan filkmləri xoşlamıram.

Onların məqsədi həmişə manipulyasiya etməkdir, tamaşaçını öz hörmətli ideologiyalarına inandırmaqdır.

İdeologiyalar – incəsənət baxımından, maraqsızdır. Əgər nə isə yalnız bir aydın konsepsiyaya sığdırıla bilirsə, sənət baxımından o şey ölüdür…

Bəlkə buna görə mənə sinopsis yazmaq çətindir. Əgər bütün film üç cümləyə sığa bilirsə, onu çəkməyə ehtiyac duymaram. Onda mən jurnalist olardım da. Üç cümlədə mahiyyəti deyərdim, oxucu da bilərdi ki, söhbət nədən gedir. Bu, mənə maraqlı deyil.

Baxın, həyat özlüyündə - sənət obyektidir. Romanında və ya pyesində paralel dünya yaratmağa çalışırsan. Xarakterlər arasında açılan hekayədir əsas məsələ. Bitkin siyasi mülahizələri olan bir adam üçün sənətdə yer tapmaq çətindir.

Louis-Ferdinand Céline

Louis-Ferdinand Céline

Mənim filmlərimdə siyasət dəri altında baş verir, heç vaxt niyyətim "Bax, bunu sənə deyirəm, bunu ud" – demək deyil. (Sağçı yazıçı Selindən fərqli olaraq)

Mənim məqsədim – humanistdir, tamaşaçımla dialoqa girməkdir, onları düşünməyə vadar etməkdir. Dramatik incəsənətdə nəyəsə nail olmaq anlayışı yoxdur, - axı nəyə nail olmalısan?!..

…Həmişə çoxlu interpretasiyalar var, mən tamaşaçının onlardan hər hansını götürməsinə çalışıram. Tamaşaçını aktivləşdirməyə çalışıram. Kifayət qədər açıq qoyuram hekayələri ki, tamaşaçıların refleksiyası da işləsin. Bu, tamaşaçıya hörmətdir.

Mən özüm oxucu və ya tamaşaçı olanda mənə dünyanın necə gəlib necə getdiyini deyən kitablardan və filmlərdən qaçıram. Bu, məni darıxdırır.

Mənin çaşdıran, təhlükədə hiss etdirən, suallarla üzləşdirən, cavablar təqdim etməyən filmləri və kitabları sevirəm. Beynimin işlədiyiin hiss etmək xoşdur. Mənim də filmlərim belə fimlərdir.

PR:

- Lütfən qəbul edin ki, siz filmlərinizdə bir qədər didaktiksiniz.

Haneke

- Yox, didaktik deyiləm. Mən dünyanın bir cür olmasından narahat oluram və özümü gücsüz hiss edirəm. Filmlərim vasitəsilə səsimi qaldırıram, ona görə yox ki, kimisə inandırmaq istəyirəm, axı heç bilmirəm onları nəyə inandırım. Mənim yalnız öz narahatlıqlarım var və onları bölüşürəm.

PR:

- Aktyorlarınız sizdən qorxurmu?

Haneke:

- Mən öz aktyorlarıma pərəstiş edirəm. Onlar incə varlıqlardır, incə də rəftar olunmalıdır. Texniki işçilərimə tez-tez acıqlanıram, aktyorlara isə yox. Bunu Baden-Badendə işləyəndə öyrənmişəm: çox sakit olmalısan. Bir otaqdasansa və səhnə çəkirsənsə, orada 20 adam varsa, hamı ağzını yummalıdır…

Günün bütün mövzuları

XS
SM
MD
LG