Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:10

Şahidlər: "Adamla dolu qayıq saatlarla platformanın kənarında asılı qalıb"


"Günəşli"dəki neft quyularından birində yanğın

"Günəşli"dəki neft quyularından birində yanğın

-

6 Dekabr mətbuat icmalı

Virtualaz.org yazır ki, güclü tufan şəraitində baş vermiş qəzanın səbəblərini yəqin ki, prezident İlham Əliyev tərəfindən yaradılan xüsusi komissiya araşdıracaq və günahkarlar üzə çıxarılacaq.

Lakin bu hadisədən əvvəl də SOCAR-ın xüsusən dənizdə neft hasilatı ilə məşğul olan idarələrində əməyin təhlükəsizliyi, açıq dənizdəki neft platformalarının vəziyyəti və təhlükəsizlik normalarına əməl edilməsi baxımından ciddi problemlər mövcud idi.

Həmin problemlər üzündən SOCAR-ın hasilat, qazma və təmirlə məşğul olan strukturlarında baş verən qəzalarda hər il onlarla işçi həlak olur. Bu qəzaların və baş vermiş ölüm hadisələrinin statistikası çox vaxt açıqlanmır. Lakin Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin öz mənbələri vasitəsilə apardığı statistikaya görə, təkcə 2011-ci ilin 9 ayında 21 neftçi bu və ya digər səbəblərdən baş verən qəzalarda həlak olub, 23-ü yaralanıb. 2014-cü ildə isə 20-dən çox neftçi həlak olub, onlarla neftçi yaralanıb.

Neft sektorundakı mənbələr deyir ki, xüsusən indiki dəhşətli faciənin baş verdiyi “28 may” Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) dərin dəniz özüllərində avadanlıqların istismar müddətini başa vurması, özüllərin dayaqlarının aşınmaya məruz qalması və digər səbəblər üzündən olduqca təhlükəli vəziyyət hökm sürür. Hətta neftçilər arasında belə deyim yaranıb ki, dənizdəki platformalarda növbəyə çıxanlar hər dəfə ölümü göz önünə gətirməlidir.

Vaxtilə “Günəşli” yatağındakı platformaların birində təmir işlərində iştirak etmiş BP mütəxəssisi də dayaqların necə köhnəldiyini, avadanlıqların istismar müddətini başa vurduğunu, təhlükəsizlik və yanğın əleyhinə sistemlərin necə bərbad olduğunu görəndə dəhşətə düşdüyünü xatırlayır.

“GÜNƏŞLİ” OLAYI ŞAHİDLƏRİN DİLİNDƏN


“Yeni Müsavat” qəzeti yazır ki, neftçi şahidlərin dediyinə görə, 10-cu platformada baş verən faciədə ölənlərin sayı 30-dan çoxdur.
Qəzet şahidlərə isinadən yazır ki, yanğından qorunmaq istəyən fəhlələr platformada olan rezin qayıqları dənizə sallayaraq xilas olmağa çalışıblar. Platformada olan iki rezin qayıq kəndirlərlə dənizə buraxılıb. Lakin şiddətli küləyin yaratdığı 6-7 metrlik dalğalar qayıqların suya salınmasına imkan verməyib.

Birində 30-a yaxın, digərində isə 36 neftçinin olduğu qayıqlar saatlarla platformanın kənarında asılı qalıb.

Neftçilərin əksəriyyətində xilasedici jilet olmayıb. Hündür dalğalar qayıqları platformaya çırpıb.

Neftçiləri xilasa gələn vertolyotlar yanğına görə, gəmilər isə güclü külək və dalğa səbəbilə neftçilərə yaxınlaşa bilməyib.

Qayıqlardan birinin ipi qoparaq dənizə düşüb. 36 neftçi dalğalar arasında qalıb. Onlardan 4 nəfəri xilasedicilər səhər saatlarında tapıb. Digər 32 nəfərdən xəbər yoxdur. Çıxarılan 4 nəfərin xilasedici jileti olub. Onlardan da biri soyuqdan ölüb.

“MTN İŞİ” İLƏ BAĞLI HAKİMİYYƏTDƏ QARŞIDURMA


“Azadlıq” qəzeti yazır ki, “MTN işi” hakimiyyətdəki qruplaşmaları üz-üzə qoyub.

“Biz hələ ötən yazılarımızda bildirmişdik ki, hakimiyyətdə Eldar Mahmudov və dəstəsinin sıradan çıxarılmasına münasibət birmənalı deyil. Həmçinin hakimiyyətdə bəzi qüvvələr bu məsələ ilə bağlı araşdırmaların davam etdirilməsini istəmirlər. Onlar “MTN işi”ni Akif Çovdarovu dəstə başçısı təqdim etməklə qapatmaq istəyirlər".

Bu qruplaşma baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov və Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovdan ibarətdir.

“MTN işi”nin dərindən araşdırılması bu üç şəxsin fəaliyyətini də kölgə altına sala bilər. Hər halda Zakir Qaralov istintaqa nəzarət, Fikrət Məmmədov məhkəmələrə nəzarət edən orqanın rəhbəridir. Fuad Ələsgərova gəlincə, o, ümumiyyətlə hüquq-mühafizə orqanlarının fəaliyyətinə məsul şəxsdir. Eldar Mahmudov və dəstəsinin saxta cinayət işləri, sifarişli məhkəmə hökmləri, qanunsuz həbsalmaları ilə bağlı faktlar üzə çıxdıqca adıçəkilən məmurların hara baxdığı barədə suallar ortaya çıxır”.

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNDƏ İKİLİ STANDART

«Dünyadakı ikili standartlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də özünü açıq şəkildə göstərir. Belə ki, dünya dövlətləri və nüfuzlu təşkilatlar bu məsələyə beynəlxalq hüquq normaları çərçivəsində deyil, ikili standartlarla yanaşırlar». Yap.org.az yazır ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Fətəliyeva bildirib ki, bir sıra regionlarda baş verən separatizm qınaq obyektinə çevrilsə də, Ermənistanın təcavüzkar siyasətinə ciddi reaksiya verilmir. Bu isə Azərbaycana qarşı tətbiq edilən ikili standartların əyani nümunəsidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG