Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:04

Valideynləri cərimələyəcək orqanlar bəlli oldu


arxiv foto
arxiv foto



Orta məktəblərdə bir ayda 7 gündən çox dərs buraxan şagirdlərin valideynlərini 100 manat miqdarında cərimələyəcək orqanlar müəyyənləşdirilib.

Bununla bağlı prezident İlham Əliyev dekabrın 5-də fərman imzalayıb.

Fərmana əsasən, bu xarakterli inzibati xətalar haqqında işlərə yerli icra hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri baxacaq.

Milli Məclis dekabrın 4-də İnzibati Xətalar Məcəlləsində dəyişiklik barədə qanun qəbul edib. Dəyişikliyə əsasən İnzibati Xətalar Məcəlləsinə 51.1-1. Maddəsi əlavə edilib. Həmin maddədə qeyd edilib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər 100 manat miqdarında cərimə ediləcək.

İnzibati cəriməni istisna edən səbəbləri müəyyən etmək Nazirlər Kabinetinə tapşırılıb.

XS
SM
MD
LG