Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:32

Terrorda, dini ekstremist fəaliyyətdə iştirakı olanlar vətəndaşlıqdan çıxarılacaq.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Terrorda, dini ekstremist fəaliyyətdə iştirakı olanlar vətəndaşlıqdan çıxarılacaq.

Bu barədə Nazirlər Kabinetinə tapşırıqlar verilib. Kabinet qanunların və prezidentin aktlarının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması barədə təklifləri 2 aya hazırlarıb prezidentə təqdim etməlidir.

Qanuna əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 18-ci maddəsinin birinci hissəsinə də əlavələr edilib.
“3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi;
3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi;”.

“Polis haqqında” qanunun 26-cı maddəsinə edilən düzəlişə görə isə, polislərə terrorun və dini ekstremizmin, eləcə də konstitusiya quruluşunun dəyişdirilməsinə yönələn cinayətlərin qarşısının alınması zamanı odlu silahdan atəş açmaq hüququ verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG