Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:44

Hacıtəpəni su basıb


Hacıtəpə
Hacıtəpə

-

Dekabrın 4-də Masallının Hacıtəpə kəndindən keçən Ağ Qobu çayı daşıb evlərə, təsərrüfatlara ziyan vurub.

Bu barədə AzadlıqRadiosuna danışan kənd sakini Rüfət Baxışbəyli deyir ki, son bir ayda çay ikinci dəfə daşıb: «Çaya yaxın evlər, əkin sahələri, tövlə su altında qalıb. Səhər çayın səviyyəsi düşsə də, qalıq sular qalıb. Taxıl sahəsinin bir gün su altında qalması da, bilirsiniz ki, nə deməkdir».

Rüfət Baxışbəylinin sözlərinə görə, Ağ Qobunun tez-tez daşmasına səbəb çay yatağının təmizlənməməsidir. Sovet dövründə yataq mütəmadi təmizləndiyindən Ağ Qobu daşmırmış: «Hər yerə müraciət etmişik, ancaq hələ ki, kimsə gəlib dəyən zərəri hesablamayıb».

İş günü olmadığı üçün aidiyyəti qurumlarla əlaqə saxlaya bilmədik.

XS
SM
MD
LG