Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:46

Savchenko-nu 25 il həbs gözləyir


Nadia Savchenko
Nadia Savchenko

-

Rusiyada həbsdə olan ukraynalı hərbçi Nadia Savchenko-nun məhkəməsi bu ilin sonuna kimi yekunlaşa bilər.

Bu barədə Rusiya Təhqiqat Komitəsi məlumat yayıb.

2014-cü ildə Ukraynanın şərqindəki münaqişə zamanı iki rus jurnalistini öldürməkdə günahlandırılan Savchenko barəsində 25 il azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Savchenko ittihamları rədd edir, deyir ki, o, Ukraynanın şərqində Rusiyameylli separatçılar tərəfindən oğurlanıb.

34 yaşlı qadın bir ildən artıqdır ki, Rusiya həbsxanasındadır və o, həbsinə etiraz olaraq 80 gündən çox aclıq aksiyası keçirib.

XS
SM
MD
LG