Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:24

-

İranlı kinorejissor Abbas Kiarostami gələn ay Kubada 35 tələbə üçün 10 günlük film emalatxanası aparacaq. Hər bir tələbə bir qısa film üzərində işləyəcək, onu Kiarostaminin rəhbərliyilə çəkmək imkanı qazanacaq.

“Anti-film, film məktəbi” adlanan bu emalatxana 26 yanvardan 5 fevrala qədər davam edəcək.

Bu, Kiarostaminin rəhbərliyilə keçirilən üçüncü emalatxanadır; əvvəlki ikisi Boqota (Kolumbiya) və Barselonada (İspaniya) olmuşdu.

Niyə Kuba?

Gabriel García Márquez

Gabriel García Márquez

2014-cü ildə Kiarostami yazıçı Gabriel García Márquez’ə mətub göndərmiş, ona heyran olduğunu və əməkdaşlıq etməyi ürəkdən arzuladığını yazmışdı.

Yazıçı cavab verməmiş, 3 həftədən sonra vəfat etmişdi..

Yanvarda keçiriləcək emalatxana ilə A.Kiarostami Markesin xatirəsini anmağı düşünür, çünki emalatxana 30 il əvvəl yaranmasında Markesin də böyük rolu olan San Antonio de los Baños Film Məktəbində (EICTV) baş tutacaq.

Markesin “Edərək öyrənmək” ifadəsi həm bu film məktəbinin, həm də A.Kiarostaminin emalatxanalarının əsasında dayanan fəlsəfədir.

Rejissorun metoduna görə, əvvəl filmin mövzusu (məsələn, dəniz) seçilir, ssenari sonra doğulur.

Emalatxanaya necə düşməli?

Abbas Kiarostami

Abbas Kiarostami

Qəbul prosesi sadədir. Bu emalatxanada iştirak etmək motivasiyanı yaxşı əsaslandıran məktub tələb olunur.

On tələbə EICTV məktəbinin öz tələbələri arasından seçiləcək, qalan 25 tələbə isə Kubadan kənardan seçiləcək, eləcə də Azərbaycandan.

Məktəb deyir ki, heç də yalnız təcrübəli filmmeykerlər qəbul olunmayacaq, təcrübəsiz filmmeykerlərin də emalatxanaya düşmək şansı onlarla bərabərdir.

İştirakçıların hər biri öz film avadanlığıyla getməlidir. Aktyorlarla isə məktəb özü təmin edəcək. Son müraciət günü 7 dekabrdır.

Kiarostami deyir:

"Bəli, biz siyasətə qarışırıq. Biz başqalarının iztirablarına görə narahat olanda və özümüzü başqalarının da hiss edə və anlaya biləcəyi kimi ifadə edəndə - bu, siyasətdir."

“Reallığın kəşfində limitlər yoxdur, dramatik situasiyalarsa tez bitir, böyük dramatik situasiyaların sayı üçdür: Həyat, Sevgi, Ölüm. Qalan hər şey bunlara daxildir."

Qeyd edək ki, A.Kiarostami son, hələlik üzə çıxmamış filmini Çində çəkib.

Günün bütün mövzuları

XS
SM
MD
LG