Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:10

-

«Həyətimdə yüzlərlə alma, xurma ağacı var. Vaxtilə bu həyətin barından əldə etdiyim qazancla övladlarımı oxutmuşam, onlara ev-eşik tikmişəm. İki aydan çoxdur ki, sanki Allah vaxtilə mənə verdiklərini kütləvi şəkildə əlimdən almaqla məşğuldur. Bakıya yolumuz bağlanandan qazancımıza da qıfıl vurulub».

Qubalı Şamil dayı deyir, əslində onu qazancından məhrum edən gözəgörünməz yox, rayon qeydiyyatlı avtomobilləri paytaxta buraxmayan məmurlardır.

BAZAR ƏHLİNİN GÖZÜ YOLDA...

Şamil dayı nə az, nə çox – düz 25 ildir ki, Bakıdakı «8-ci kilometr bazarı»na alma, xurma gətirir, çoxdandır onunla ticarət edən satıcılara topdan qiymətə satıb gedirmiş. 3 ay olacaq ki, satıcıların gözü yolda qalıb – Şamil dayının yüklə dolu «Qazel»i gəlib şəhərin girişindən geri qayıdır:

«Həftədə 3 dəfə meyvə yükləyib gətirirəm. Gecələr maşın sürə bilmirəm. Gözüm gecələri yaxşı görmür. Elə yollar var ki, işıqlandırması yoxdur. Arada başqa yol tapdım, gəldim-getdim, ancaq uzun sürmədi, bir dəfə gələndə gördüm o yolu da bağlayıblar. Rayonda mənim kimi nə qədər adam çörəyindən uzaq düşüb. Axı biz də bu ölkənin vətəndaşıyıq. İki banka kredit ödəyirəm, dərmana, gübrəyə, suvarmaya xərclədiyim pulu da çıxara bilmirəm. Deyirlər, guya gömrükdə vəziyyət düzəlib. O da boş söhbətdir. Gömrükdə vəziyyət ürəkaçan olsaydı, malımı Rusiyaya aparardım. Daha Bakının qapı-bacasında niyə düşüb qalırdım ki... Vəziyyət əvvəlkindən də pis olub».

DEYİR, YOLLARDA QƏZALAR ARTIB

Şamil dayının gözünü qorxudan səbəblərdən biri də gecələr yollarda gördüyü qəzalardır:

«Maşınları Bakıya yalnız gecələr buraxırlar deyə, səhərə kimi yollar maşınla dolu olur. Qaranlıq, gözü görməyəni var, sükan arxasında mürgü tutanı var... Yollarda qəza artıb. Mən də yaşlı adamam».

Deyir, zəhmətinin barı olan alma və xurmaları yollarda çürüyüb, 100 kilolarla çürük məhsulu çaya töküb.

QƏRAR QANUNA SÖYKƏNMİR

Şamil dayının hökumətdən istəyi odur ki, ya paytaxta yolları açsınlar, ya da Rusiya ilə sərhəddəki gömrük məntəqələrində şərait yaratsınlar ki, qubalılar məhsullarını sərhədin o tayına rüşvətsiz, əlavə ödənişlərsiz keçirib sata bilsinlər.

Hökumət bu il sentyabrın 15-dən rayon qeydiyyatlı avtomobillərin paytaxta girişini qadağan edib. Səbəb kimi paytaxtdaxili yollarda avtomobil sıxlığının aradan qaldırılmasını göstərib. Bununla bağlı çıxarılan qərarı AzadlıqRadiosuna şərh edən hüquqşünas Fuad Hüseynov bildirib ki, istənilən qərar qanunvericiliyə əsaslanmalıdır. Bu qərarın isə söykənəcəyi qanun yoxdur. Məsələyə ümumi yanaşdıqda isə, bu qərar bir qurumun öz işini yüngülləşdirmək üçün atdığı addımdır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG