Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:40

Saakashvili: «Hakimiyyət məndən qorxur»


Mikheil Saakashvili
Mikheil Saakashvili

-

Gürcüstanın eks-prezidenti Mikheil Saakashvili deyir ki, onu siyasi sifarişlə vətəndaşlıqdan çıxarıblar.

Hazırda Ukraynanın Odessa şəhərinin qubernatoru olan Saakashvili AzadlıqRadiosuna deyib ki, Gürcüstanın hazırkı hakimiyyəti ondan qorxur.

Keçmiş prezident «kimsə mənim Gürcüstana sonsuz sevgimi əlimdən ala bilməz, biz geriyə qayıdacağıq və qalib gələcəyik» deyib.

Mikheil Saakashvili-nin vətəndaşlığı dekabrın 4-də ləğv edilib. Rəsmi Tbilisi ikili vətəndaşlığı qadağan edib. Saakashvili isə bu ilin əvvəlində Odessadakı işlə əlaqədar Ukrayna vətəndaşlığını qəbul edib.

Saakashvili deyir ki, bunun siyasi qərar olduğu çox aydındır və bunu sübut edən amillər var: «Birincisi, Ukrayna qanunlarına görə, əvvəlki vətəndaşlığın ləğvi üçün iki illik müddət var. Burda çoxlu Gürcüstan vətəndaşı müxtəlif rəsmi postlarda çalışır və onlar da Ukrayna vətəndaşlığını qəbul edib. Ancaq onlar barəsində belə qərar yoxdur».

Onun sözlərinə görə, elə Ukraynada çalışmaq Gürcüstana xidmət etmək deməkdir: «Biz Gürcüstanın gələcəyi üçün çalışırıq. Bizim ümumi gələcəyimiz üçün. Onlar məndən pasportumu geri ala bilərlər, ancaq kimsə məni gürcülükdən məhrum edə bilməz».

XS
SM
MD
LG