Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:43

Azərbaycandan buraxılmadı


Aynur Elgünəş
Aynur Elgünəş

-

Müstəqil jurnalist Aynur Elgünəş ölkədən buraxılmayıb.

Dekabrın 5-də səhər Ukraynaya yollanmaq istəyən jurnalistə hava limanında sərhəd xidməti əməkdaşları mane olublar.

«Mənə dedilər ki, ölkəni tərk edə bilməzsən. Soruşdum ki, adımın qabağında STOP, ölkəni tərk etməyimə rəsmi bir qadağa var? Dedilər ki, yox, nə STOP, nə də qadağa var, sadəcə, ölkədən gedə bilməzsən», - Aynur Elgünəş AzadlıqRadiosuna bildirib.

Jurnalistin dediyinə görə, o, bir neçə ay əvvəl «Mingəçevir işi»nə görə Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb, ancaq daha çox Meydan TV ilə bağlı suallarla üzləşib: «Vergiödəyicisiyəm və bundan sonra mənim 3 illik vergi fəaliyyətim yoxlanmağa başladı. Noyabrın 23-də yoxlama müddəti 1 ay da uzadıldı. Amma hələ də yoxlamanın nəticəsi barədə ortada bir şey yoxdur».

Aynur Elgünəş deyir ki, son aylarda o, hər dəfə xaricə gedib-gələndə xüsusi yoxlamaya məruz qalır. 1 aydır ki, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Sərhəd Xidmətinə yazılı sorğu göndərib, ancaq hələ də cavab almayıb.

Jurnalist son hadisə ilə bağlı yenidən Dövlət Sərhəd Xidmətinə müraciət edəcək.

İş günü olmadığı üçün Dövlət Sərhəd Xidməti ilə əlaqə saxlaya bilmədik.

XS
SM
MD
LG