Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:49

-

Amerikalı şairə Anne Sexton’ın qızı Lindaya məktubu

Əziz Linda,

Bir şeir gecəsində şeir oxumaq üçün St. Louis’ə gedirəm. Bu dəqiqə təyyarədəyəm.

New Yorker’də bir hekayə oxuyanda qəfil anam yadıma düşdü. Təyyarədə tək oturmuşkən ona xitabən pıçıldadım: “Bilirəm, ana, bilirəm.” Dərhal qələm götürdüm.

Sonra səni düşündüm, bir gün sən də təkbaşına harasa uçacaqsan, onda mən bəlkə də çoxdan ölmüş olacağam, sən də mənimlə danışmaq istəyəcəksən.

Mən də sənə cavab vermək istəyəcəyəm. (Ola bilsin, 40 yaşında mətbəxində oturub çay içərkən yaşayacaqsan bunu. Yer vacib deyil.)

Əvvəla: Səni sevirəm..

İkincisi: Məni heç vaxt məyus etməmisən.

Üçüncüsü: Bilirəm. Mən də o yollardan keçmişəm. Mənim də 40 yaşım olanda anam ölmüşdü. Bu, mənim 40 yaşındakı Lindaya mesajımdır.

Nə olursa olsun, sən həmişə mənim əzizim, dəyərli Linda Gray’im olacaqsan. Həyat asan deyil. Son dərəcə tənhayıq. Mən bu təkliyi yaxşı tanıyıram. Artıq sən də bunu bilirsən.

Harada olursansa ol, mənimlə danış. Bu məktubu kədərliykən yasam da, mənim yaxşı bir həyatım olub, zirvədə yaşamışam. Sən də elə et. Zirvədə yaşa. Özün ol. Özünə sevdiyin şeyləri ver.

Şeirlərimlə danış, ürəyinlə danış. Çünki ehtiyacın olduğu an mən hər ikisinin içində olacağam.

Mən anamı sevirəm, sən də məni sevirsən. O məni dəstəkləmədi, amma mən yenə də onun üçün darıxıram. Onun həmişə məni sevdiyini, mənim onu həmişə sevdiyimi deyə bilmərəm. Sərsəm qadın!

Anan

Günün bütün mövzuları

XS
SM
MD
LG