Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:14

​Bakı-Vyana aviareysi ləğv edilir


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Austrian Airlines» şirkəti dekabr ayından Vyana-Bakı-Vyana marşrutu ilə yerinə yetirdiyi aviareysləri dayandırır.

«Austrian Airlines» şirkətinin Bakı ofisindən report.az-a bildirilib ki, reyslərinin ləğv edilməsinə səbəb bu istiqamətdə uçuşlara tələbatın az olması ilə bağlıdır: «Həftədə üç dəfə - I, IV və V günlər yerinə yetirilən reyslərə tələbat aşağıdır. Bu səbəbdən dekabrın 3-də Bakı-Vyana reysi təxirə salınıb. Bakıdan Avstriya paytaxtına son uçuş isə dekabrın 11-də yerinə yetiriləcək və bununla da reys tamamilə ləğv olunacaq. Şirkətin Bakı ofisinin sonrakı taleyi isə hələ dəqiq məlum deyil».

Aviaşirkət bu reysləri «Airbus A319» tipli təyyarə ilə həyata keçirir. Vyanadan Bakıya yerli vaxtla saat 09:55-də yola çıxan təyyarə 16:55-də Bakıya, əks istiqamətdə isə 17:55-də havaya qalxan təyyarə 19:20-də Avstriya paytaxtına çatır.

XS
SM
MD
LG