Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:40

Tashfeen Malik, deyildiyinə görə, özünün Facebook səhifəsindən İŞİD lideri Abu Bakr al-Baghdadi-ni dəstəkləyən post yazıb

Amerika Birləşmiş Ştatları Federal Təhqiqatlar bürosu bildirir ki, dekabrın 2-də San Bernardino şəhərində baş vermis atışma “terror aktı” kimi araşdırılır.

Bundan bir qədər əvvəl sosial mediada yayılan xəbərlərdə deyilirdi ki, bu hücumda iştirak etmiş qadın şübhəli İslam Dövləti adlananan ekstremist qruplaşmanın başçısına sədaqətini izhar edib.

“The New York Times” qəzeti yazır ki, bu hücum üçün İslam Dövləti adlanan qruplaşmanın birbaşa əmr verdiyinə dair sübutlar yoxdur.

27 yaşlı Tashfeen Malik və onun əri, 28 yasşlı Syed Rizwan Farook Los Ancelesin şərqində yerləşən San Bernardino şəhərində polislə atışmada öldürülüblər.

Bundan əvvəl onlar San Bernardino şəhərinin icma mərkəzində keçirilən ziyafətdə 14 adamı öldürməkdə, 21 nəfəri yaralamaqda şübhəli bilinirdilər.

Buna baxmayaraq, “The New York Times” qəzeti yazır ki, bu hücum üçün İslam Dövləti adlanan qruplaşmanın birbaşa əmr verdiyinə dair sübutlar yoxdur.

FTB hesab edir ki, burada söhbət daha çox “onların müstəqil olaraq radikallaşmasından” gedir.

Facebook-da sədaqət andı

İcma mərkəzində törədilməiş gülləbarandan əvvəl Tashfeen Malik, deyildiyinə görə özünün Facebook səhifəsindən İŞİD lideri Abu Bakr al-Baghdadi-ni dəstəkləyən post yazıb.

İcma mərkəzinə basqından və şübhəlilər atışmada həlak olandan sonra onların mənzilində aparılmış polis axtarışı nəticəsində çox sayda silah-sursat, partladıcı qurğular tapılıb. Tapılan əşyaların arasında 9 ədəd əldəqayırma bomba da var.

Onlar hücuma getməzdən əvvəl evdəki kompüterlərinin yaddaşlarını yarıtmaz vəziyyətə salıblar.

Başqa məlumatlara görə Farook iş yerində “İslamın təhlükələrindən danışan” bir həmkarı ilə bərk mübahisə edib. Lakin polis hücuma bu hadisənin səbəb olub-olmadığının bilinmədiyini söyləyib.

Şəhər bələdiyyəsinin ekologiya departamentində işləyən Farook əslən pakistanlı osla da, ABŞ-ın İllinoys ştatında doğulub və ABŞ vətəndaşı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG