Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:54

Azərbaycanın bir qrup qeyri-idman jurnalisti Avropa Liqası qrup mərhələsinin sonuncu turunda Belçikada keçiriləcək “Anderlext” – “Qarabağ” oyununda iştirak etmək üçün bu ölkəyə yollanır.

Qol.Az-ın məlumatına görə, jurnalistlər dekabrın 8-də Brüsselə yollanacaqlar.

Oyundan əvvəl jurnalistlər klubun baş məşqçisi Qurban Qurbanov və oyunçularla görüşəcək, onlara mənəvi dəstək olmağa çalışacaqlar.

Eyni zamanda azərbaycanlı jurnalistlərin Belçikada avropalı həmkarları, səfirlik və diaspora nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Həmin görüşlərdə Qarabağ haqqında məlumatlar çatdırılacaq.

“Qarabağ” klubunun Avroliqa çərçivəsində keçirdiyi səfər oyunlarında Azərbaycan jurnalistlərinin qrup halında iştirakı ənənəyə çevirilməkdədir.

Ötən il ilk səfər Kiyevə edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG