Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:16

Ermənistanda Zori Balayanın 80 illiyini qeyd edirlər


Zori Balayan
Zori Balayan

-

Ermənistan prezidenti Serz Sargsyan dünən millətçi yazıçı-publisist, Ermənistanın əməkdar incəsənət xadimi Zori Balayanla görüşüb. Görüşdə Rusiyadan Zori Balayanın 80 illiyi münasibətilə Yerevana gəlmiş bir qrup rus yazıçısı da iştirak edib.

Bu yaxınlarda Rusiyanın “Xudojestvennaya rabota” nəşriyyatı Zori Balayanın səkkiz cildlik kitabını nəşr edib. Bu kitab “Rusiya-Ermənistan dostluq qrupu”na daxil olan yazıçıların təşəbbüsülə çap olunub.

Ermənistan prezidenti Zori Balayan haqda xatirələrini danışıb, onu 80 illik yubileyi və çoxcildliyinin nəşr edilməsi münasibətilə təbrik edib, onu "Qarabağ Hərəkatının ilham mənbəyi, lider və ideoloq" adlandırıb.

Zori Balayan
Zori Balayan

Zori Balayan 1980-ci illərin əvvəlində yazdığı "Ocaq" kitabına görə, Azərbaycanda və Türkiyədə millətlərarası münaqişəni alovlandıran şəxs kimi tanınır.

Bu kitabda Balayan Qarabağ və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edirdi.

Kitabda "türklər və azərbaycanlılar həm Rusiyanın, həm də Ermənistanın düşmənidir" kimi cümlələr var.

Britaniyalı jurnalist Tomas de Vaalın fikrincə, Z.Balayan bu kitabı məhz Azərbaycanda narazılıq və etiraz dalğası yaratmaq məqsədi ilə yazmışdı.

1999-cu ildə Azərbaycan Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol Z.Balayanı xüsusilə təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa verib, 2001-ci ildə onu bu siyahıdan çıxarıblar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG