Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:11

Almaniya parlamenti ölkənin Siriyada “İslam Dövləti” qrupuna qarşı hərbi kampaniyaya qoşulmasını təsdiqləyib.

Dekabrın 4-də keçirilən səsvermədə 598 deputatdan 445-i bunun lehinə, 146-sı isə əleyhinə səs verib.

7 nəfərsə bitərəf qalıb.

Bu missiyaya 6 “Tornado” kəşfiyyat təyyarəsi, Fransanın təyyarədaşıyan gəmisini qoruyacaq “Fregat” gəmisi, yanacaqdolduran təyyarə və 1200 hərbçi daxildir.

Amma Almaniya ABŞ, Böyük Britaniya və Fransa kimi Suriyada hava əməliyyatlarına qoşulmayacaq.

Qeyd edək ki, koalisiya qüvvələri ötən ay Parisdə törədilən terror aktlarından sonra “İslam Dövləti” qrupuna qarşı kampaniyanı gücləndirib.

130 nəfərin ölümü ilə nəticələnən Paris terrorlarına görə cavabdehliyi bu qrup üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG