Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:48

-

Azərbaycanda səfərdə olan Türkiyənin baş naziri Ahmet Davutoğlu «Hacı Əjdərbəy» (Göy Məscid) məscidində cümə namazı qılıb.

O, yeni hökumətin baş naziri kimi ilk səfərini Azərbaycana etdiyini bildirib: «Artıq bizdə adətə çevrilib. Dövlət rəhbərliyi olaraq, ilk səfərlərimizi Azərbaycana edirik. Arzu edirəm ki, növbəti illərdə cümələrimizi Qarabağda qılaq. Daim birlikdə olaq».

musavat.com-un məlumatına görə, məsciddə namaz qılanlar Türkiyənin baş nazirini alqışlayıblar. A.Davutoğlu ilə birlikdə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə də cümə namazı qılıb.

Daha sonra A.Davutoğlu Azərbaycan Diplomatik Akademiyasında çıxış edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG