Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:03

-

Milli Məclisin dekabrın 4-də keçirilən iclasında deputat Fazil Mustafa həmkarı Naqif Həmzəyevin Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə barədə söylədiyi fikirlərin müzakirəyə çıxarılmasını təklif edib.

O, Rəsulzadə haqqında təhqiramiz fikir söylənilməsinin yolverilməz olduğunu bildirib.

APA-nın məlumatına görə, F.Mustafa deyib ki, tənqidi fikirlər ola bilər, ancaq təhqirə yol vermək olmaz. O qeyd edib ki, Gəncədə M.Ə.Rəsulzadənin büstündən çuvalın götürülməsi yaxşı haldır, ən azı, tənqidlərdən yəqin müəyyən nəticələr çıxarılıb: «Bir məqamı deyim. Biz Heydər Əliyevə qarşı kəskin mübarizə aparmışıq, ancaq Heydər Əliyev Əbülfəz Elçibəy vəfat edəndə gəlib onun başı üzərində dayandı. Heydər Əliyevə cəbhəçilərin münasibəti tam dəyişdi».

MM sədrinin birinci müavini Ziyafət Əsgərov Naqif Həmzəyevin müsahibəsində belə fikir söyləmədiyini deməsinə diqqət çəkib: «Naqif Həmzəyev deyib ki, belə fikir söyləməyib, fikirləri kontekstdən çıxarılıb. Dəqiqləşməmiş məsələyə biz nə münasibət bildirək? Qəzet redaksiyası ilə deputat oturar, məsələni aydınlaşdırar, sonra münasibət bildirilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG