Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:48

-

Rusiyada prokurorluq ABŞ QHT-nin fəaliyyətini “arzuolunmaz” sayıb. Beləliklə, ABŞ Rusiya İqtisadi İrəliləyiş və Hüququn Aliliyi (USRF) təşkilatı Rusiya ərazisində qadağan oluna bilər.

Prokurorluğun sözçüsü dekabrın 4-də bildirib ki, Ədliyyə Nazirliyinə USRF-i qeydiyyata almaq göstərişi verilmişdi.

Bu qrupun Rusiyada maliyyələşdirdiyi QHT-lər “xarici agent” sayılıb, “siyasi fəaliyyətlə məşğul olduqları aşkarlanıb”. USRF prezidentinin 2025-ci ilədək Rusiyaya daxil olması qadağan edilib.

Prezident Vladimir Putin mayda qeyri-hökumət təşkilatları ilə bağlı ziddiyyətli qanunvericilik imzalayıb. İnsan haqları fəalları həmin qanunvericiliyi vətəndaş cəmiyyətini boğmaq üçün bir alət adlandırır.

Hakimiyyətsə bildirir ki, qanun xarici təşkilatların Rusiyanın təhlükəsizliyinə ziyan vurmasını önləmək üçün lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG