Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:17

-

Dekabrın 3-ü gündüzdən 4-ü səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Gecə saatlarında Abşeron yarımadasının bəzi yerlərində yağış sulu qara keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatda belə deyilir.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 15-32 millimetr (aylıq normanın 60-90 faizi), Lənkəran-Astara zonasında 13-52 millimetr (aylıq normanın 70-128 faizi), Mərkəzi Aran rayonlarında 18-38 millimetr (aylıq normanın 87-132 faizi), Böyük Qafqazda 5-35 millimetr (aylıq normanın 70-90 faizi), Kiçik Qafqazda 7-17 millimetr (aylıq normanın 27-57 faizi) təşkil edib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 59, Qəbələdə 37, Rvarudda 35, Lerikdə 32, Altıağacda 31, Şində 29, Şəkidə 25, Ordubadda 24, Yardımlı, Gədəbəy, Kəlvəzdə 22, Qubada 20, Daşkəsəndə 19, İsmayıllıda 17, Ağdərə, Qaxbaş, Sarıbaşda 15, Şahbuzda 14, Naxçıvanda 10, Qaxda 8, Zaqatalada 5, Mərəzədə 1, Qubanın dağlıq ərazilərində 15-59 santimetr olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG