Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:28

Facebook-a iki yenilik gəlir


Facebook
Facebook

-

Dekabrın 3-də «Facebook» iki yeniliyini-canlı yayım və kollaj funksiyasını elan edib.

Canlı yayım özəlliyi əvvəllər, sadəcə, hesabı təsdiqlənmiş məşhurlar üçün aktiv idi. Artıq «Facebook» bu xidməti bütün istifadəçilərə çatımlı edir.

Canlı yayım indi ABŞ-da bir qrup «iPhone» istifadəçilərində test edilir.

Xidmət istifadəçilərə imkan verir ki, özlərinin müəyyən anlarını dostlarıyla, yaxınlarıyla canlı şəkildə paylaşsın.

Canlı yayıma başlamaq üçün status yeniləmə bölməsindən «canlı video» ikonunu seçmək lazımdır. İstifadəçi yayıma başlamazdan öncə başlıq yaza, auditoriyanı seçə bilər. Canlı yayımı izləyənlər şərhlər də yaza bilərlər. Yayım bitdikdən sonra video istifadəçinin lövhəsində saxlanır.

«Facebook» canlı yayımla yanaşı, kollaj özəlliyini də istifadəyə verib. İstifadəçi bir neçə fotonu seçib kollaj yarada bilər. Adi fotolar kimi, kollajları paylaşmazdan öncə də başlıqlar yazmaq olar. Özəllik indi «iPhone» istifadəçiləri üçün aktivdir. Yeni ildən kollajdan «Android» istifadəçiləri də yararlana biləcəklər.

XS
SM
MD
LG