Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:33

Rəsulzadənin büstünün başından çuval çıxarıldı


Gəncədə Rəsulzadənin büstü.

Gəncədə Rəsulzadənin büstü.

-

Dekabrın 4-də səhər saatlarında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhəri Dəmiryolçular parkındakı büstünə keçirilmiş çuval çıxarılıb.

Bu haqda məlumatı «Azərfax» Gəncə sakinlərindən birinə istinadla yayıb.

Məlumata görə, hazırda əraziyə 20-dək texniki işçi cəlb olunub və onlar büstün ətrafında təmizlik işləri aparırlar. «Bu bizim üçün çox xoş bir sürpriz oldu»- deyə Gəncə sakini bildirib.

M.Ə.Rəsulzadənin büstü qoyulmuş Dəmiryolçular parkı Nəqliyyat Nazirliyinin balansındadır. Parkda uzun müddət idi ki, təmir işləri aparılırdı. Rəsmi açıqlamalara görə, büstün üstü təmir işləri ilə əlaqədar örtülübmüş.

Bu fakt – Rəsulzadənin büstünün çuvalda saxlanılması dəfələrlə mətbuatda və sosial şəbəkələrdə müzakirə olunub, hakimiyyətin təmirlə bağlı açıqlaması isə şübhə altına alınıb, hətta iqtidarın həmin şəxsiyyətə qarşı qərəzi kimi dəyərləndirilib.

Bu günlərdə «Yeni Müsavat» Gəncə şəhərindən seçilmiş deputat Naqif Həmzəyevə Rəsulzadənin büstünün çuvalda saxlanılması haqda sual yönləndirdiyini, deputatın ADR liderinin ünvanına xoşagəlməz sözlər söylədiyini yazmışdı. Etirazla qarşılanan bu addım dekabrın 4-də parlamentdə müzakirə ediləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG