Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:42

-

Rusiya Suriyanın qərbindəki Homs vilayətində hava bazasını genişləndirir, məqsəd qırıcılarını yerləşdirməkdir. Məlumatı dekabrın 3-də Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı yayıb.

Qrup bildirir ki, rusiyalılar Shayrat hava bazasını möhkəmləndirir, uçuş zolaqlarını böyüdürlər. Görünür, buradan Suriyada 2-ci baza kimi istifadə olunacaq.

Bu, həmçinin Moskvanın Suriyaya hava zərbələrini gücləndirəcəyinin əlaməti ola bilər, qurumun məlumatında belə deyilir.

Rusiya sentyabrın 30-da Suriyaya hava zərbələri endirir. Bunun üçün Latakya bazasından istifadə edir. Su-24 bombardmançıları hər gün bu bazadan havaya qalxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG