Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:44

-

İtaliya sərhədçiləri Aralıq dənizindən gələn 2 minədək miqrantı xilas ediblər. Dekabrın 3-də yayılan məlumata görə, bu, son bir ayda İtaliya yaxınlığında xilas olunmuş sayca ən çox miqrantdır.

Sərhəd xidməti bildirir ki, miqrant qayıqlarından mobil telefonla onlara zəng olunub və kömək istənilib.

Pis hava şəraiti son həftələr İtaliyaya üz tutan miqrantların axınını azaldıb. Onların çoxu Saharaalatı Afrikadan gəlir, Liviyadan qaçaqçıların qayıqları ilə yola çıxır.

Bu il İtaliyaya 140 min miqrant gedib. Ümumilikdə Avropaya gedənləri sayı isə 900 mindir.

Günün bütün mövzuları

XS
SM
MD
LG