Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:06

Milli Məclis dini ekstremizmi müzakirə edəcək


Milli Məclis
Milli Məclis

-

Dekabrın 4-də Milli Məclisin iclası keçiriləcək. Bu iclasda bir sıra qanunlara əlavə və dəyişikliklərin, eləcə də «Dini ekstremizmlə mübarizə haqqında» qanunun müzakirəyə çıxarılacağı gözlənilir.

Təkliflərdən biri islam dininə aid olan ayin və mərasimlərin yalnız Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilə bilməsi ilə bağlıdır. Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının islam dininə aid ayin və mərasimləri aparması qadağan edilə bilər.

Bununla bağlı «Dini etiqad azadlığı haqqında» qanuna dəyişiklik ediləcəyi deyilir.

Milli Məclisdəki bu müzakirələrdə Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələridə iştirak edəcək.

Komitə ölkədə təxminən 3 min nəfərin xaricdə dini təhsil aldığını bildirir.

QMİ isə bu məsələylə bağlı parlament müzakirələrindən sonra mövqe açıqlayacağını deyir.

Deputatlar «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» qanuna da dəyişikliyi müzakirəyə çıxarmalıdırlar. Bu dəyişikliyə görə, Konstitusiya quruluşunu zorla dəyişdirməyə çalışanlar, dini ekstremistlər, xarici dövlətdə hərbi təlim keçənlər, düşmənçilik zəminində dini məzhəb yayanlar və s. vətəndaşlıqdan məhrum ediləcək.

Bundan başqa, «Polis haqqında» qanuna əlavə təklif edilir. Həmin əlavəyə görə, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındığı zaman polis fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq edə biləcək.

Bütün bu təkliflər ötən həftə Nardaranda baş verənlərdən sonraya təsadüf edir. Deputat Zahid Oruc AzadlıqRadiosuna deyib ki, bunu təkcə Nardaranla bağlamaq düzgün olmasa da, həmin hadisələr müəyyən mənada dini ekstremizm haqda qanunun hazırlanmasına, eləcə də bəzi qanunlara dəyişikliklərin müzakirəyə çıxarılmasına təkan verib.

XS
SM
MD
LG