Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:10

-

Parisdə ötən aykı hücumların əsas təşkilatçısı olmaqda şübhəli bilinən şəxs miqrantlardan dəstə düzəldirmiş. Macarıstan hökumət rəsmilərinin sözlərinə görə, o, Budapeştə əsas dəmiryol vağzalından keçən miqrantlardan tərəfdar toplayırmış.

“Paris terrorunun əsas təşkilatçılarından birinin Budapeştdə olduğunu təsdiqləyirəm,” baş nazir Viktor Orban-ın işlər idarəsinin rəhbəri Janos Lazar dekabrın 3-də deyib.

Hazırda axtarışda olan Salah Abdeslam Macarıstana sentyabrın əvvəlində gedib. Parisdə isə hücumlar noyabrın 13-də törədilib, 130 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

Şübhəli Budapeştdəki Keleti vağzalına gedib, rəsmi qeydiyyata düşməkdən imtina edən miqrantlardan dəstə düzəldib”. Daha sonra onlarla birlikdə ölkəni tərk edib, Lazar deyib.

Macarıstan sentyabrın ortasında Serbiya ilə sərhədini bağlayıb. O vaxtadək minlərlə miqrant Keleti stansiyasında düşərgə salıb, şimali Avropaya gedən qatarları gözləyib.

Avstriya rəsmiləri bildirir ki, Belçikada doğulmuş, 26 yaşlı Abdeslam sentyabrda Avstriyada da olub. O, polisə “tətilə gəldiyini” deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG