Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:13

Puqaçov barədə həbs qətimkan tədbiri


Onu bir vaxtlar "Putinin pul kisəsi" kimi tanıyırdılar
Onu bir vaxtlar "Putinin pul kisəsi" kimi tanıyırdılar

İngiltərə və Uelsin Ali Məhkəməsi rusiyalı bankir, mətbuatda əvvəllər “Putinin pul kisəsi” kimi tanınan Sergey Puqaçov barədə həbs qətimkan tədbiri seçib.

İngiltərə və Uelsin Ali Məhkəməsi rusiyalı bankir, mətbuatda əvvəllər “Putinin pul kisəsi” kimi tanınan Sergey Puqaçov barədə həbs qətimkan tədbiri seçib.

Bu qərar onun məhkəməyə dəfələrlə göstərdiyi hörmətsizliyə görə qəbul edilib.

O belə hörmətsizliyi 17 dəfə edib. Bunların əksəriyyəti məhkəməyə gəlməməsi ilə bağlıdır.

2015-ci ilin iyun ayında isə Puqaçov Britaniyanı tərk etməmək barədə məhkəmə qərarına baxmayaraq Fransaya qaçıb.

Mətbuatın verdiyi məlumatlara görə bankir bunu aktivlərini açmamaq üçün edib.

Puqaçovun Rusiyadan qaçışından sonra onun sahibi olduğu Mejprombank çöküb.

Bankirin bank pullarını mənimsədiyi iddia edilir.

Rusiya dövlətinə dəymiş ziyan 1, 5 milyard dollar olaraq açıqlanıb.

XS
SM
MD
LG