Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:10

Şübhəlilərin evində “cəbbəxana” tapılıb


Müstənqtiqlər hələ də 28 yaşlı Syed Rizwan Farook və 27 yaşlı Tashfeen Malik-in bu cinayəti törətmək üçün motivlərini müəyyən edə bilməyiblər.

Kaliforniya ştatının San Bernardino şəhərində 14 nəfəri qətlə yetirmiş və 21 nəfəri yaralamış şəxslərin evində aparılan axtarış zamanı silah və partladıcılar aşkar olunub.

Müstənqtiqlər hələ də 28 yaşlı Syed Rizwan Farook və 27 yaşlı Tashfeen Malik-in bu cinayəti törətmək üçün motivlərini müəyyən edə bilməyiblər.

Polis bildirib ki, bu hücumun həyata keçirilməsi üçün “müəyyən planlama” olub.

Basqından sonra polislə atışmda Farook və Malik 76 güllə atıblar, polis 380 dəfə atəş açıb.

Bu, ABŞ-da 2012-ci ildə Konnektikut, Nyutaun şəhərində məktəbə basqından sonra ən böyük hücum hesab edilir. Nyutaun basqınında 26 nəfər həlak olmuşdu.

Prezident Barack Obama deyib ki, bu işin araşdırılması hazırda Federal Təhqiqatlar Bürosuna həvalə olunub.

XS
SM
MD
LG