Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:23

-

Əfrasiyab Nurullahi

Dəniz haqqında minimallar

1.

Dənizdən,

Bir dünya bulud yüksəldi;

Bu dənizi açıb

Bu dünyanı yumaq olar – deyərkən!

2.

Heç təsəvvür də edə bilməzdim ki;

Təsvir də edə biliım,

Günəşi dənizdə!

Gördüm,

hələ yırğalanırdı da.

Ancaq,

Yenə də üzünə baxmaq olmurdu!

3.

Hələ sirr açmaq,

Yuxu danışmaq nədir ki!

Adamın

ölməyı gəlir dənizə...

4.

Açılan sirlərmi,

danışılan yuxularmı

duzluymuş;

belə duzlanıb dəniz!

5.

Qəribə taleyi var!

Sevmədiklərinin də

Ardinca atılır dəniz.

6.

Sahil boyu tamsına tamsına qalmışdı dəniz!

Orada insan izləri vardı

İnsan izləri yalayırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG