Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:54

“Avropa indi əvvəlkindən daha az təhlükəsizdir”.

Bunu Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini dekabrın 3-də ATƏT ölkələrinin Belqradda keçirilən toplantısında deyib.

O bildirib ki, Avropa indi qlobal xarakterli yeni növ təhlükələrlə üzləşib və qitəyə beynəlxalq səviyyədə daha çox qarşılıqlı əməkdaşlıq gərəkdir.

O beynəlxalq terrorçuluq, Avropaya kütləvi qaçqın axınının əsas problemlər olduğunu bildirib və qeyd edib ki, bunun öhtəsindın yalnız birlikdə gəlmək olar.

Amma o bir sıra əsas problemlərdə Avropa Birliyi ölkələri arasında hələ də fikir ayrılıqları olduğunu qeyd edib.

Moghrini Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqindəki münaqişənin təşkilatın baza prinsiplərini sual altında qoyduğunu bildirib.

O deyib ki, yeni Krım rəhbərliyi insan haqlarını pozur, xarici qüvvələr hələ də Ukraynanın şərqindən çıxmayıbŞ rusiyapərəst separatçıların nəzarətində olan regionlar isə qanuni Ukrayna hakimiyyətinə tabe olmur.

Günün bütün mövzuları

XS
SM
MD
LG