Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:37

Nobel laureatları medala görə pul ödəyəcəklər


Tunis Kvartetinin liderləri

Tunis Kvartetinin liderləri

-

Nobel Sülh mükafatının builki qalibləri öz qızıl medallarına görə pul ödəməyə razılaşıblar.

Söhbət bu il Sülh Nobelini almış Tunis Milli Dialoq Kvartetindən gedir (Tunis Əmək Birliyi, Tunis Sənaye və Ticarət Konfederasiyası, Tunis İnsan hüquqları Liqası, Tunis Vəkillər Assosiasiyası)

Bu dördlüyə daxil olan təşkilatların hər biri diplomun bir nüsxəsini və qızıl medalı almaq istəyib.

Reqlamentə görə isə, onların dördünə bir medal düşür. Üstəlik, Mükafatın qaydalarına görə, onu üçdən artıq şəxs və ya təşkilat bölə bilməz.

Nəticədə hər iki tərəf kompromisə gedib. Komitə 1 medalın qiymətinin imkan verdiyi qədər xərcləyərək qızıl medaldan 4 ədəd düzəltdirəcək, medallar üçün pulun çatmayan hissəsini isə bu dörd təşkilat ödəyəcək.

Mükafat 10 dekabrda Osloda təqdim olunacaq. Qalibə qızıl medaldan başqa, səkkiz milyon kron (950 min ABŞ dolları) pul mükafatı veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG