Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:28

Yerevanda aksiyaçılar ikinci gecəni də Azadlıq Meydanında keçiriblər.

“Yeni Ermənistan” hərəkatının təşkil etdiyi aksiya insidentsiz ötüşüb.

“İrs” partiyasının lideri Raffi Ovanisian və partiyanın müavini Armen Martirosyan da gecəni meydanda keçiriblər.

Meydanın ətrafında daima polislər və təcili yardım maşınları növbə çəkir.

Dekabrın 3-də də etiraz aksiyası davam edir.

Aksiyaçılar konstitusiya düzəlişləri ilə bağlı referenduma qarşı çıxırlar.

Qeyd edək ki, Dekabrın 6-da Ermənistanda konstitusiya düzəlişləri ilə bağlı referendum keçiriləcək.

Söhbət Ermənistanın parlament üsul-idarəsinə keçməsindən gedir.

Dəyişiklikdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.

Müxalifət hakim partiyanı hakimiyyəti zəbt etməkdə ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG